Əsas xəbərlər
В Азербайджане изменены правила прохождения техосмотра автомобилей
09.06.2014 - 11:28
Ram 1500 получит дизель от Grand Cherokee
15.02.2013 - 05:27
Шпионские фото будущего Mercedes S-Class AMG W222 2014
30.06.2012 - 12:23
Mercedes GL-Class впервые получил версию AMG
30.06.2012 - 12:14
VW Passat CC обзавелся пакетом R-Line
12.06.2012 - 12:21
Sorğu

Yüklənir...

 
Axtarış:
Adınız :

Soyadınız :

E-mail ünvanınız :

İsmarıcın mətni :


Hüseynov Elmin: 29.06.2013 - 08:53
Sual
Salam. Bilmək istəyirəm ki,1.3 nişanlama xətti tək əks istiqamətli yolları ayırır,yoxsa,həm də eyni istiqamətli yolları?
Cavab
Salam! 1.3 nişanlanma xətti 4 və daha artıq hərəkət zolağı olan yollarda əks hərəkət istiqamətlərini ayırmaq üçün tətbiq olunur. 
Nasiyə əbdülhüseynova: 28.06.2013 - 13:44
Sual
salam,mən bimək istərdim mən müvəqqəti uçotdayam yəni Bakıda qeydiyyatda olmadığım üçün və sürücülük vəsiqəsi üçün imtahan vermək istiyirəm bu mümkündürmü?neçə dəfə verə bilərəm imtahan?
Cavab
Salam! Mümkündür. Müstəqil hazlaşıb imtahan vermək istəyirsinizsə,  2 dəfə. Əgər sürücülük məktəbini bitirmisinizsə, imtahanların sayı limitsizdir.  
Emil Nezerli: 28.06.2013 - 08:16
Sual
Salam.Men rayon qeydiyyatiyam suruculuk mektebi oxumamis nece defe imtahan verme sansim var birde eger bu halda nezeri (test) imtahani kecsem nece defe sansim varki surmekden imtahan verim?
Cavab
Salam! Müstəqil hazlaşıb imtahan vermək istəyirsinizsə,  2 dəfə. Əgər sürücülük məktəbini bitirmisinizsə, imtahanların sayı limitsizdir. 
Doktor Fatullayeva: 27.06.2013 - 15:48
Sual
Salam. İmtahanlarin 800-850 manata basha gelmeyi insanlara achiq aydin bellidir. neye gore ozu hazirlashib, oxuyanlar uchun sherait yaradilmir, axi onlar chox deyil. 1-2 nefer ozu verse, her imtahanda var dovletiniz chox eksiler? bir defe imtahanda ishtirak etdim, ozu imtahan veren bir nefer de gormedim, suallar ferqli, chetin dushur, ses kuyden, pulverenlere olunan komeklik sakitchiliye chox mane olur, ellerimle qulaqlarimi tixadim, amma suallara kurs olmamish sondu komputer. yeni, bele imtahan gedishinde kim qazana biler ki? men butun qaydalara, test suallar hazir idim, indi de haziram. amma bele basha dushurem pulsuz imtahan vermek mumkun deyil. kash milletimiz millet, olkemiz olke olardi. size derin nifretle...
Cavab
Salam! İmtahana hazır olan şəxs özü imtahan verir. Sizə heç kim və heçnə maneə yarada bilməz. Əgər imtahanın gedişatı Sizi qane etmirsə, Siz imtahan qəbul komissiyasının sədrinə öz iradlarınızı bildirə və real şəraitin yaradılmasını tələb edə bilərsiniz. Sizdə olan emosianallıq və nifrət hissləri əsassızdır. 
merhemet huseynov: 26.06.2013 - 03:56
Sual
Minik avtomobilində əlavə tormozlama siqnallarını quraşdırmağa icazə verilir??bu saulin duzgun cavabini bilmek isteyirem talibovda cavab 1ededdii bawqa saytlardaise 2eden artiq olmamaqla
Cavab
Salam! Avtomobilin konstruksiyasına əlavə və dəyişikliklərin edilməsi yolverilməzdir, həmçinin işıq cihazlarının quraşdırılması. Amma tormoz siqnallarının güclənndirilməsi məqsədi ilə arxa şüşənin yuxarı və ya aşağı hissəsində 1 ədəd stop siqnalının quraşdırılmasına yol verilir. Bəzi avtomobillərdə (VAZ-2106, 2107 və s.) arxa duman fənərlərini stop siqnallarına qoşurlar. Bu isə qanuna ziddir.
reside agayeva: 23.06.2013 - 13:40
Sual
Salam sualim odur ki eger vesiqe almaq isteyen sexs basqa sehere qeydiyyatdadirsa mes SHekiye o burda imtahan ve ya qeydiyyat ede biler zehmet deyilse etrafli yazin cox sag olun
Cavab
Salam! İmtahan vermək istədiyiniz şəhərdə müvəqqəti qeydiyyat barədə sənədiniz varsa, imtahan vermək hüququnuz var.
irada shahhuseynova: 22.06.2013 - 07:49
Sual
Salam.Men avtoshkolani 2010-ci ilde bitirmishem amma hec bir defede imtahanda olmamisham,indi ozum talibo.az saytda hazirlashmisham iyul-da kecirilen imtahanda ishtirak ede bilerem?
Cavab
Salam! Sürücülük vəsiqəsi Sizin özüvüzdədi, yoxsa sürücülük məktəbində qalıb?
Qeyd edim ki Biz tədris vəsaiti kimi kitabları məsləhət görərdik ( http://talibov.az/index.php?page=sp&n=3 ), saytda olan ONLİNE İMTAHAN bölməsi isə, öz biliklərinizi yoxlamaq üçündür. Uğurlar!
Elməddin Muxtarzadə: 22.06.2013 - 01:36
Sual
Salam. Belə bir internet resursunu hazırlayıb istifadəçilərin ixtiyarına verdiyiniz üçün Sizlərə minnətdarlığımızı bildiririk. Sualım belədir: "Yol hərəkəti qaydaları"nın ən son dəyişikliklərlə çap olunmuş variantını və ya elektron versiyasını nece əldə etmək olar? Təklif edərdim ki saytda bele bir bölmə yaradılsın ki oradan istənilən vaxt "Yol hərəkəti qaydaları"nın ən son dəyişikliklərlə olan variantını əldə etmək mümkün olsun. Əvvəlcədən təşəkkürlər!
Cavab
Salam! Təşəkkür edirik! Allah razı olsun! Əsasən kitabların üstünde işdiyirik deye vaxt tapa bilmirik saytın üstündə geniş iş görək. İnşallah bu yaxınlarda çalışarıq Sizin ideyanızı reallaşdıraq. 
Qeyd edim ki kitablarımızı kitab mağaza və köşklərində əldə edə bilərsiniz. 
Minnətdaram. Çox sağolun!
Asef Akhmedov: 20.06.2013 - 23:44
Sual
Здравствуйте, Не могли бы Вы пошагово описать мне процедуру получения водительского удостоверения категории B? С уважением, Асеф.
Cavab
Здравствуйте! Вы можете самостоятельно сдать экзамен, если Вам больше 18 лет. Для этого требуются получить мед. справку, обратиться с заявлением в местное DYP. Вам в трёхдневний срок будет назначен день экзамена. Покупаете билет (20 манат). Предоставляются всего 2 попытки сдать экзамен. 
Есть так же вариант записаться в автошколу, пройти курс в течении 1 месяца, затем так же получаете мед. справку, в DYP покупаете билет, но уже с 8 попытками. 
Что касается обучения, в этом можем помочь! У нас своя автошкола, со 100% гарантируемым результатом! Курсы находятся прямо у выхода с метро Нефтчиляр. Для более подробной информации можете обратиться по номерам: 077-750-06-75, 055-393-04-08. 
В связи с наступлением летнего сезона начали новую компанию, со скидками. 

Anar Ferecov: 20.06.2013 - 15:02
Sual
Salam,Sumqayıt şəhər sakiniyəm.Sürücülük vəsiqəsi alınması ücün Sumqayıt şəhər yol polis idarəsində imtahan versəm də imtahandan kecməmisəm.Səbəb isə imtahan zamanı verilən sualların qanunvericiliyə tam da uyğun olmamasıdır.Belə ki,imtahan zamanı verilən suallar qanunvericilikdə olmayan çaşdırıcı məqamlarla doludur. Kustar üsullarla hazırlanan testlərdə yazılanlar aşkar şəkildə insanları çaşdırmaq üçündür.Sürücülük vəsiqəsi imtahanımı Bakı şəhərində verməyim ücün hansı instansiyalara müraciət etməliyəm? Ətrafımda olan insanlar Bakı şəhəri üzrə imtahanlardan rahatlıqla kecərək sürücülük vəsiqəsinə yiyələnmişlər,regiondan ferqli olaraq,men ise TALIBOV-un ders ve test vesaitindeki her bir tapsiriqi bile-bile imtahanda cox cetinlik cekmisem. Ən xoş arzularla,
Cavab
Salam. Siz Baş DYP-nin rəisinə müraciət edin. Onun razılığı olarsa, istisna hal kimi Bakı ş. imtahan vermək olar.
 
Son xəbərlər